“Ermənistanın Tavuş vilayətində Azərbaycanla sərhəd xəttində böyük bayraq əvəzinə kiçik ölçülü bayraq asılıb”.
Turkustan.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sərkisyan öz “feysbuk” hesabında yazıb.
O, sakinlərin buna görə narahat olduqlarını və şikayət etdiklərini bildirib:
“Azərbaycanla sərhəddə, Ermənistan-Gürcüstan dövlətlərarası avotomobil yolunun Kirants kəndinə düşən hissəsində yerləşən təpədə əvvəlcə böyük ölüçü Ermənistan bayrağı quraşdırılmışdı. İndi onu söküb yerində kiçik ölçülü bayraq asıblar. Maraqlıdır ki, sərhədin həmin hissəsində azərbaycanlılar özlərinin böyük ölçüdə bayraqlarını yerləşdiriblər. İndi bizim Müdafiə Nazirliyinin ora böyük bayraq yerləşdirmək üçün imkanı yoxdur? Yoxsa bu addım baş nazir Nikol Paşinyanın elan etdiyi “Sülh yollarının kəsişməsi” layihəsinə uyğun olaraq atılıb? Ya da belə çıxır ki, məhz azərbaycanlıları qəzəbləndirməmək üçün kiçik ölçü olmasına qərar veriblər”.
Globalinfo.az