İranlı nazir Əliyevə Ermənistan prezidentinin ŞOK İSMARIŞINI çatdırıb - “26 il əvvəl...”


Bunu məndən Ermənistanın baş naziri deyil, prezidenti xahiş etdi".

Turkustan.az xəbər verir ki, bunu geniş müsahibəsində İranın keçmiş xarici işlər naziri strataeji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif deyib.

O, Ermənistan prezidentinin bir xahişini yerinə yetirməli olduğunu xatırlayıb:

"İkinci Qarabağ müharibəsindən sonra İrəvanda olarkən məndən xahiş edildi ki, bir ismarışı Azərbaycan prezidentinə çatdırım. Mesaj da bu idi ki, "26 il əvvəl biz (ermənilər - red.) güclü idik, siz isə zəif. Biz Qarabağı işğal etdik, sizi təhqir etdik, alçaltdıq və sizinlə danışıqlar aparmadıq. İndi vəziyyətimiz məlumdir, siz bizim səhvimizi təkrarlamayın".

Zərif əlavə edib: "Bunu məndən Ermənistanın baş naziri deyil, prezidenti xahiş etdi. Mən də həmin ismarışı Azərbaycan prezidentinə çatdırdım. Dedi ki: "Güclü olan vaxtı bunu düşünməli, danışıqlar aparmalıydılar". Əslində, Əliyevin fikri məntiqli idi"./yenisabah.az


MANŞET XƏBƏRLƏRİ