Yol polisi zəngilanlı şagirdlərlə maarifləndirici görüşlər keçirdi - FOTO + VİDEO


Zəngilan rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları orta məktəblərdə yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərini davam etdirb. Budəfəki tədbirlərdən biri işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndində, digəri isə Masazırdakı köçkün şəhərciyində yerləşən orta məktəblərdə baş tutub. Zəngilan rayon Polis Şöbəsinin DYP Bölməsinin rəisi polis mayoru Soltan Soltanlı və Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü Elməddin Muradlı orta məktəb şagirdləri qarşısında yol hərəkəti təhlükəsizliyinin vacibliyinə dair çıxışlar edib, qaydalara əməl etməyin vacibliyini diqqətə çatdırıb. İl ərzində baş verən qəzalarda şagirdlərin də həlak olduğu və ya xəsarət aldığı diqqətə çatdırılıb. Tədbirdə qeyd edilib ki, hər bir şagird yollarda son dərəcə diqqətli olmalı, bu barədə müəllimlərin və böyüklərin tövsiyyələrinə əməl etməlidir.


DİN Baş Dövlət Yol Polisi İdarəsinin hazırladığı və piyada keçidlərindən, təhlükəsizlik kəmərindən istifadənin, digər qaydalara əməl etməyin zəruriliyini əks etdirən sosial çarxlar uşaqlara nümayiş edirildikdən sonra tədbir iştirakçıları yol hərəkəti qaydalarına dair suallarla çıxış edib. Onların sualları izahlı şəkildə cavablandırılıb.
Daha sonra isə uşaqlara müxtəlif suallar ünvanlanıb. Suallara düzgün cavab verən şagirdlərə isə Zəngilan rayon DYP Bölməsinin əməkdaşları tərəfindən hədiyyələr təqdim edilib.


MANŞET XƏBƏRLƏRİ