İçkiyə pul tapmayan aludəçilər etil spirtini içir: UCUZ ÖLÜM YOXSA, CAHİLLİK? - ŞƏRH


Ötən ay Bakıda nə az, nə çox 16 nəfər etil spirtindən zəhərlənərək həyatını itirdi. Araşdırmalardan sonra bəlli oldu ki, "Starlyuks" əmtəə nişanı adı altında satılan bu gigiyenik vasitənin lisenziyası belə yoxdur və apteklərə satışı əldən həyata keçirilir.

Digər maraqlı məlumat ondan ibarətdir ki, 15 nəfərin ölümü ilə bağlı rəsmi xəbər yayıldıqdan sonra, bu və buna bənzər lisenziyası olmayan spirtlərin apteklərdə satışı dayandırılıb. Bu barədə aptek rəhbərləri işçilərə göstəriş verib.

Məlum məsələdir ki, bu cür spirtlər xaricə istifadə üçündür. Bəs daxilə qəbul zamanı nə baş verir? Ümumiyyətlə, bu spirtlərin qəbulu ölümə səbəb ola bilərmi? Turkustan.az olaraq bu suallarımızı tibb üzrə elmlər doktoru Adil Qeybulla həkim-terapevt Rasif Bağırova ünvanladıq. Adil Qeybulla açıqlamasında bildirdi ki, etil spirtindən aşırı doza qəbul etdikdə yuxu effekti və ölüm baş verə bilər. Sinir sisteminin həyatı mərkəzlərinin, tənəffüs mərkəzlərinin iflicindən də ölüm halları yaşana bilər. Nəzərə almaq lazımdır ki, psixotrop maddələrin və etil spirtinin sinir sisteminə təsiri ayrı-ayrı fərdlərdə müxtəlifdir. Lakin konkret olaraq bir neçə nəfərin ölüm halının qeyd olunması göstərir ki, artıq birbaşa həmin etil spirti adlanan mayenin tərkibində problemlər var. Bütün fabrik, sənaye istehsalı olan spirtli içkilərin hamısına nəzarət gücləndirilməlidir. Təəssüflər olsun ki, şadlıq evlərinin zirzəmilərində keyfiyyətsiz spirtli içkilər hazırlanır və bu spirtli içkilər bəzən satışa da daxil olur və restoranların özündə də istifadə olunur. Bunlar qətiyyən yolverilməzdir. Spirtli içkilər müəyyən texniki şərtlərlə sənaye üsullarıyla hazırlanmalıdır. O təhlil edilməli, orqanizmə təsiri olan toksik maddələrdən tamamilə təmizlənməldir.

Adil Qeybulla istefa verdi Pravda.az

Təəssüflər olsun ki, bu gün spirtli içkilərdən istifadə edənlərin sayı günbəgün artmaqdadır. Spirtli içki aludəçiləri içkiyə pul tapmadıqda məcbur olub gedib aptekdən spirt adlanan dezinfenksiya edici maddələr alırlar, onu su ilə qarışdırıb qəbul edirlər. Halbuki o maddələrin üzərində yazılır ki, yalniz xarici istifadə üçün nəzərdə tutulub. Bunların daxilə qəbula qəti qadağandır. Çünki, onların tərkibində müxtəlif antiseptik, dezinfeksiya edici lakin orqanizm üçün zərərli olan toksik maddələr var. Düşünürəm ki, zəhərlənən şəxslər kustar üsulla hazırlanmış içkidən zəhərləniblər. Çünki, bu şəkildə kütləvi ölüm halların baş verməsi müxtəlif suallar doğurur. Bu insanlar dərk etməlidir ki, bu cür spirtlər istifadə edilə bilməz. Bunların konkret təyinatı yalnız xaricə istifadə üçündür. Amma təbii ki, bu spirtlər mütləq yoxlanılmalıdır, bəlkə onların tərkibində elə maddələr var ki, əllərdən də sovurulub insan orqanizminə təhlükə törədə bilər.

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." –  Müsahibə

Həkim Rasif Bağırov açıqlamasında bildirdi ki, etil spirti sırf 96, 98% şəklində içilmir. O, əsasən 40%-li spirt formasında hazırlanır və insanlara qida məhsulu kimi təqdim olunur. Amma bunun qəbulu ölüm hallarının yaranmasına səbəb olursa, deməli bu artıq zəhərlənmədir. Əslində bu spirtlər insanda zəhərlənmə halı verə bilməz, o halda o bilər ki, normasından qat-qat artıq qəbul edilsin. Əgər az qəbulla ölüm halı yaşanırsa, deməli o spirtin tərkibi təmiz deyil, hansısa əlavə maddələr qatılıb. Bu zaman artıq həyəcan təbilinin çalınması lazımdır. Onu da qeyd edim ki, bu spirti qəbul edəndə orqanizmə asetilen daxil olur. Ancaq bu maddə o dəqiqə kəskin effekt vermir, gərək uzun müddət qəbul edəsən ki, qaraciyərdə və ya digər orqanlarda fəsadlar yaratsın.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ