Barselonada Petrosyanla yeyilən xəngəl: Adnan Əhmədzadə ermənilərin planını necə pozub?


Bir neçə gün öncə "Barselona" prezidenti Xuan Laportanın Bakıya səfər etməsi və burada klubun akademiyasının açılması ilə bağlı qərar verilməsi Ermənistanda şok effekti verib.

Turkustan.az xəbər verir ki, bu, marketinq üzrə ekspert Alfred Petrosyanın açıqlamasından sonra məlum olub.

Onun sözlərinə görə, İspaniya nəhənginin akademiyası region üzrə eksklüziv olaraq Ermənistanda açılmalı idi. Lakin iş adamı Adnan Əhmədzadə onların planını pozub:

"Barselonan"ın bizim qonşu ölkədə futbol akademiyası açacağını artıq bilirsiniz. Düşünürəm ki, bütün bunlarla bağlı bəzi detalları açmağın vaxtıdır.

"Barselona"nın akademiyası Ermənistanda açılmalı idi. Mən bütün bu prosesi bir ildən çox idarə etdim, nəticədə biz 134 səhifəlik razılığa gəldik, hər iki tərəfin hüquqşünasları tərəfindən yoxlanıldı və bu, reallığa çevrilməli idi. Razılaşmada xüsusi bənd var idi ki, yaxın 40 ildə "Barselona" bizim icazəmiz olmadan regionda başqa akademiya aça bilməzdi.

"İnstaqram" səhifəsində çarx yerləşdirməli olan Ronaldinyonu layihə səfiri seçdik. Orada bir neçə saniyə balabanda “Dream of My Country” mahnısını ifa etməli, sonra bütün bunları açıqlamalı idi.

Müqavilədə bənd var idi ki, qarşıdakı 10 il ərzində "Barca Legends" (Barsa Əfsanələri) komandası ilə 3 yoldaşlıq oyunu keçirə bilərik.

Heç bir dövlət qurumunun dəstəyi olmadan biz o yerə çatmışdıq ki, yalnız müqavilənin imzalanması tarixini təyin etmək qalırdı, amma gördüyünüz kimi, o gün gəlmədi.

Bu şəkildəkilərdən biri, heç bir xəbərdə adı belə çəkilməyən, Xuan Laportanın köhnə dostlarından, Azərbaycanın ən zəngin adamlarından biri və bu layihənin kardinalı Adnan Əhmədzadədir. Məhz onunla Barselonadakı gürcü restoranlarından birində xəngəl yedik. Bu, bizim üçün taleyüklü rol oynadı, deyə bilərik".

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin "Barselona" prezidenti Xuan Laportanın qəbul edib. Görüşdə iş adamı Adnan Əhmədzadə və AFFA prezidenti Rövşən Nəcəf də iştirak edib. İspaniya təmsilçisinin rəhbəri İlham Əliyevə klubun Azərbaycanda yaradılacaq akademiyası barədə məlumat verib.

(publika.az)


MANŞET XƏBƏRLƏRİ