Azərbaycanlı ailə İsveçrədən qovuldu – İnanılmaz səbəb


Gənc azərbaycanlı ailə İsveçrədən deportasiya olunub.

Turkustan.az xəbər verir ki bu barədə Zürixdə yaşayan jurnalist Elbəyi Həsənli məlumat yayıb.

O, hadisənin təfərrüatını belə şərh edib:

“İsveçrəyə gənc azərbaycanlı ailə gəlib. Bir uşaqları var, gəlin də hamilədir. Soruşublar ki, niyə gəlmisiz. Gənc oğlan deyib ki, məni zorla hərbi xidmətə aparmaq istəyirlər. Müharibə təhlükəsi var. Mən ermənilərə qarşı vuruşmaq istəmirəm.

Nəsə, İsveçrə tərəfi deyib ki, həm xanımınıza, həm də sizə-hər birinizə 15 min avro verək, qayıdın gedin Azərbaycana. Gənc oğlan razılaşmır. Deyir ki, hərəmizə heç olmasa 20 min verin…

İsveçrə tərəfi buna razı olmur. Növbəti görüşdə İsveçrə tərəfi deyir ki, hərənizə 500 avro veririk, ölkəni tərk edin. Gənclər razılaşmır. Belə olduqda polis gücünə gənc ailəni təyyarəyə basıb Bakıya göndəriblər…

Bunu niyə yazıram? İsveçrə tərəfi nə təklif etdisə, ona qane olun, alver etməyin. Bunlar belə şeylərə yaxşı baxmırlar…”

Qeyd edək ki, son illər Avropa ölkələri Azərbaycandan gedən mühacirlərə oturum verməkdən imtina edir. Buna əsas səbəb “Ərəb baharı” zamanı Avropaya qaçqınların çox getməsidir. Bir başqa səbəb isə azərbaycanlıların saxta yolla sənəd düzəldib, Avropaya üz tutmalarıdır. Vaxtaşırı Almaniyadan böyük sayda azərbaycanlıların deportasiya edilməsi xəbərləri yayılır. Onlara oturum haqqı tanınmır, orda qalmalarına da icazə verilmir. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ