Ukraynanı gücləndirəcəyik - Avropa Komissiyasının Prezidenti


Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen Avropanın müdafiəsinin gücləndiriləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Avropanın Ukraynaya davamlı dəstəyini vurğulamaq üçün Londona gedirəm və bu, Ukraynada ədalətli və davamlı sülhə gətirib çıxara bilər. Sülhə gedən yol gücdür. Zəiflik daha çox müharibəyə səbəb olur. Biz Ukraynanı gücləndirəcəyik”, - o bildirib.


MANŞET XƏBƏRLƏRİ