Tramp Zelenskiyə oyun qurdu, alın bu da sizin Amerika!


Oqtay Qasımov, siyasi şərhçi

Bir az öncə Ağ evdə Zelenski- Tramp görüşməsində Amerika prezidenti və vitse prezidentinin dövlət ədəbinə sığmayan davranışları, Ukraynanı aşağılamaq cəhdləri Zelenskinin görüşü yarımçıq tərk etməsilə nəticələndi.

Dünya tarixində az-az rast gəlinən bu skandal hadisə həm də tarixin qırılma anı kimi də qeyd oluna bilər. Artıq Amerikanın etibarsızlığı yaxın tərəfdaşlarını da ciddi rahatsız edəcək və onlar öz başlarının çarəsini qılmağa çalışacaqlar. Bu hadisə həm də Avropa üçün ibrət olacaq. Tramp Putinə verdiyi vədi tutaraq Zelenskiyə qarşı oyun qurub, onu etibarsızlaşdırmaqla danışıqlar prosesindən uzaqlaşdırmaq planını həyata keçirməyə çalışdı.

P.S. Ay yarım əvvəl müsahibələrimin birində Amerika Ermənistan hərbi əməkdaşlığının və Amerikanın ermənistanda hərbi baza qurmasının Güney Qafqazda təhlükəsizlik üçün ciddi təhdidlər yaradacağını bildirmişdim. Özünü Amerika yanlısı hesab edən, həm də məni çox yaxşı tanıyan, Azərbaycan, Ukrayna və Türkiyədə yaşayan soydaşımız hesab olunan bir qrup şəxs FB-da əleyhimə kompaniya başladaraq, məni Rusiya tərəfdarı kimi göstərməyə çalışdılar. Bu dəstə Amerikanı Ukraynanın və demokratiyanın müdafiəçisi kimi təqdim etməyə çalışdılar. Alın bu da sizin Amerika!


MANŞET XƏBƏRLƏRİ