İrəvana göndərilən sülh mətnində nələr yazılıb? - Paşinyan "cavab aldıq" deyir


Ermənistan sülh mövzusu ətrafında şou yaratmaqla məşğuldur. Belə olmasa idi, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan sülh təklifləri doğru dəyərləndirirlər, razılaşmanı imzalamaq mümkün olardı. Nikol Paşinyanın “Azərbaycana məktub göndərdik, cavab aldıq, yeni mətn mübadiləsi etdik, sülh üçün artıq maneə yoxdur” kimi fikirləri prosesi manipuliyasiya etməkdir.

Bu sözləri Teleqraf-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Hikmət Babaoğlu deyib.

Komitə üzvü bildirib ki, Paşinyan əslində, bu cür davranmaqla sülhpərvər görünməyə çalışır:

“Ermənistanda və dünyada dərk edilir ki, sülh Azərbaycana münasibətdə beynəlxalq hüququn təmin olunmasından keçir. Bu isə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasından sonra mümkündür”.

Hikmət Babaoğlu hesab edir ki, Zəngəzur dəhlizinin açılması, Naxçıvana gediş-gəlişin təmin olunması da Ermənistanın əsas öhdəliklərindən biridir:

“Ermənistan öhdəlikləri icra etmədiyi halda, sülh mümkün deyil. Rəsmi İrəvan isə vaxtı uzatmaqla hərbi, siyasi, diplomatik müstəvidə güclənmək niyyətindədir. Bunun üçün uzun zaman olacaq. İllər keçdikcə Ermənistanın sülhə olan münasibəti daha aydın görünəcək. Sözsüz ki, Azərbaycan yerində saymır və Ordusunun daha da gücləndirir. Ermənistan sülhün əksini istədiyi halda, Azərbaycan buna hazır olacaq”.

Qeyd edək ki, Ermənistanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə rəsmi Bakının cavabı fevralın 25-də İrəvana təqdim olunub.


MANŞET XƏBƏRLƏRİ