Vardanyanın Bakıdan fotolarını Ermənistana kim “sızdırıb”? – ETİRAF


Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan keçmiş qondarma rejimin “rəhbərləri” və nümayəndələri Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan, Davit İşxanyan və digərlərinin Bakıda keçirilən məhkəmə prosesi davam edir.

Turkustan.az xəbər verir ki, əslən Qarabağ ermənisi olan Arşak Abrahamyan adlı şəxsin Vardanyan və digərlərinin məhkəmədən olan görüntülərini sürətlə paylaşması erməni ictimaiyyətinin diqqətini çəkib.

Onun fotoları necə belə tez əldə etməsi və yayması sual doğurub. Abrahamyan isə iddialara münasibət bildirərək vaxtilə Vardanyanın komandasında çalışdığını və hazırda Azərbaycan mətbuatını intensiv şəkildə izlədiyini bildirib.

vardanyan mehkeme

O, bir zamanlar Xankəndidə “Biz və bizim dağlar” abidəsinin yerləşdiyi tərəflərdə işlədiyini deyib:

“Mən Stepanakertdə (Xankəndi-red.) Vardanyanın komandasında işləmişəm. Sonuncu proseslərdə aktiv iştirak etmişəm. Əslində, Azərbaycan mətbuatını operativ şəkildə izləyirəm. Əsasən məhkəmədən yayımlanan reportajların daxilində yerləşdirilən fotolar daha çox olur, onların ekran görüntüsünü alıram və dərhal paylaşıram. Doğrudur, bu addımım ictimaiyyətdə birmənalı qarşılanmır. Bəziləri məni dəstəkləsə də, bir qisim bu fotoların yayımlanmasının doğru olmadığını qeyd edir. Yəni başqa heç nə yoxdur”. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ