Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar kitabxanaçılarla maarifləndirmə tədbiri keçirildi


Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar maarifləndirmə tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova 1 mart Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi və bu tarixdə keçirilən tədbirlər haqqında məlumat verdi. O, Azərbaycanın 1993-cü ildən ÜMMT-nin üzvü olduğunu və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak etdiyini vurğuladı.

Maarifləndirmə tədbirində Azərbaycan Resoublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxış edərək qeyd etdilər ki, mülki müdafiə və fövqaladə hallar zamanı əsas faktorlardan biri insan amilini qorumaq, insanların həyatını xilas etməkdir. Zəlzələ dağıntıları, uçqunlar, yanğınlar, sel, texnogen fəlakətlər zamanı ilk tədbirlərin görülməsi haqqında məlumat verdi. Yanğından mühafizə tədbirlərindən danışarkən, vətəndaşların ən əsası ünvanlarını dəqiq vermələrini və bu təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə etdi. Çıxışçılar maarifləndirmə yönümlü çıxışlarında ehtiyatlı davranmağa, kömək gələnə kimi ilk tədbirləri görməyə səslədilər.

Tədbirdə FHN əməkdaşları, kitabxana filiallarının müdirləri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşları iştirak etdilər.

Tədbir iştirakçıları onları maraqlandıran sualları mütəxəssislərə ünvanladılar.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ