"QHT-lərimiz milli maraqlarımızın müdafiəsinə töhfə verir" – Cəsarət Hüseynzadə


Bu gün 27 fevral dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq QHT Günü qeyd olunur. Qeyri-hökumət təşkilatları (QHT-lər) cəmiyyətin inkişafı, sosial rifahın artırılması və vətəndaş cəmiyyətinin gücləndirilməsində mühüm rol oynayır.

QHT.az platformasının rəhbəri Cəsarət Hüseynzadə Beynəlxalq QHT Günü münasibətilə Azərbaycanın qeyri-hökumət təşkilatlarını təbrik edərək onların fəaliyyətini yüksək qiymətləndirib:

"Azərbaycan QHT-ləri ölkəmizdə müxtəlif sosial problemlərin həllinə töhfə verməklə yanaşı, dövlətçiliyimizin möhkəmlənməsi və milli maraqlarımızın müdafiəsində də fəal iştirak edir. Xüsusilə, Qarabağın ərazi bütövlüyünün təmin olunması prosesində QHT-lərin əhəmiyyətli rolu danılmazdır. Şəhid ailələrinə və qazilərə dəstək göstərmək, Azərbaycanın haqq səsinin beynəlxalq platformalarda ucaldılmasına töhfə vermək bu təşkilatların əsas prioritetlərindəndir."

Cəsarət Hüseynzadə həmçinin bildirib ki, Azərbaycan QHT-lərinin fədakar fəaliyyəti, ictimai iştirakçılığı təşviq etməsi və sosial problemlərin həllində göstərdiyi səylər böyük dəyər daşıyır:

"Bu əlamətdar gündə bütün QHT-lərə uğurlar, davamlı inkişaf və yeni nailiyyətlər arzulayırıq!"


MANŞET XƏBƏRLƏRİ