"İstanbul müqaviləsi" yenidən masada - Rusiya-Ukrayna savaşı Türkiyədə bitir? - ŞƏRH


Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Lavrov Qətərə səfərindən sonra keçirilən mətbuat konfransında bildirdi ki, Rusiya və amerikalı diplomatlar fevralın 27- də İstanbulda iki ölkənin səfirliklərinin işi ilə bağlı problemləri müzakirə edəcəklər.

Bu 2 ölkənin nümayəndələrinin Ər-Riyaddan sonra ikinci görüşüdür. Bu zaman ortaya müəyyən suallar çıxır.

Görüş yeri olaraq niyə İstanbul seçildi? Və əsas məsələ, görüşdə Ukrayna nümyəndələri də iştirak edəcəkmi? Turkustan.az olaraq suallarımızı politoloq Elxan Şahinoğluya ünvanladıq. Ekpert açıqlamasında bildirdi ki, Türkiyə Rusiya-Ukrayna müharibənin dayandırılması və sülhün əldə olunmasına çalışan ölkədir.

İranlı deputat ağalarının fikirlərini səsləndirib" - ELXAN ŞAHİNOĞLU

Türkiyənin bölgədə yeri və rolu da artıb. Müharibə başlamadan öncə də İstanbulda Rusiya-Ukrayna təmsilçiləri arasında danışıqlar olmuşdu, ancaq nəticəsi olmadı. İndi yenidən Türkiyə məkan olaraq İstanbulu təklif edib. Hələlik Amerika və Rusiya hökumətinin nümayəndələri İstanbulda danışıqlar aparacaqlar. Görünür, Ukrayna da bunun əleyhinə deyil. Çünki Ukrayna prezidenti Vladimir Zelenski özü Türkiyədə səfərdə olanda açıqladı ki, əgər Ukraynanın təhlükəsizliyinə zəmanət verəcək ölkələr olacaqsa, həmin ölkələr içərisində mütləq Türkiyə də olmalıdır. Həmçinin Ərdoğan da bu günlərdə açıqlamasında Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmişdi. Krımın ilhaqını qəbul etmədiyini də söylədi. Yəni, Türkiyənin vasitəçiliyindən Ukraynaya zərər gəlməz. Sabah görüş keçiriləcək. Amerika da görüşün İstanbulda keçirilməsinə tərəfdardır. ABŞ prezidentinin Ukrayna üzrə nümayəndəsi də deyib ki, Rusiya və Ukrayna gələcəkdə yenidən İstanbul razılaşmasına qayıda bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ