Şəhid dostunun intiqamını alacağına söz verib 22 düşmən əsgərini əlbəyaxa döyüşlə məhv edən xüsusi təyinatlı leytenant


1992-ci ildə Oğuz rayonunun Mixas kəndində anadan olur...

2011-ci ildə hərbi xidmətə çağırılır, Daxili Qoşunların "N" saylı hərbi hissəsində xidmət edir...

Hərbi xidməti başa vurduqdan sonra gizir kursuna yazılır, kursu müvəffəqiyyətlə keçir...

XTQ slralarına qəbul olunaraq qrup komandiriniin müavini, qrup komandiri vəzifələrinə, "leytenant" hərbi rütbəsinə qədər yüksəkir...

XTQ mınsubu olaraq ölkə daxilində və ölkə xaricində bir sıra təlim və kurslara qatılır...

2015-ci ildə Türkiyədə "Görüntülü hədəf qiymətləndirmə";

2017-ci ilin aprel-iyul aylarında "Hərbi sərbəst paraşüt" ;

2018-ci ildə "Statik təməl paraşüt" və "Statik paraşütçü buraxıcı və yer ekip komutanlığı" ;

2019-cu ildə "Qış-2019" kurs və təlimlərində iştirak edir...

Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan, Füzuli, Zəngilan və Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi igidlik və mərdlik göstərən, şəhid dostunun intiqamını alacağına söz verib, düşmənlə əlbəyaxa döyüşə girərək, 22 erməninin başını süngü, bıçaqla kəsən, Vətən Mühatibəsi Qəhrəmanı Anar Əliyevlə birgə kiçik bir dəstə ilə bir neçə kəndin alınmasında xüsusi rolu olan, dəfələrlə yaralı döyüş yoldaşlarını döyüş bölgəsindən təxliyə edən, Xocavənd rayonunun Tuğ kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik mərtəbəsinə yüksələn Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, kəşfiyyatçı Zahir Feyzullayev!

Açıklama yok.

Şəhidimiz vətən qarşısında xidmətlərinə görə "Azərbaycan ordusunun 100 illiyi", "Hərbi xidmətdə fərqlənməyə gprə" lll dərəcəli medalı, "Hərbi xidmətə görə", "Vətənə xidmətə görə", "Vətən uğrunda" medalları, habelə, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Atası Zahid Feyzullayev deyir ki, "Oğlumun ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması idi. Hərbi sahəni də özü seçdi.

Hərbi xidmətdən qayıtdıqdan sonra dedi ki, mən hərbçi olmaq istəyirəm. XTQ kursunu bitirdikdən sonra Naxçıvandakı XTD-də xidmətə başladı. Günnüt əməliyyatındakı uğurlu iştirakına görə ona leytenant hərbi rütbəsi verildi. Bundan sonra o Türkiyədə bir neçə dəfə təlimlərdə olmuş, fərqlənmişdi. Kollektivdə də hamının hörmətini qazanmışdı. Komandirləri sevirdi onu..."

Anası deyir ki, "Oğlum hərbçi olmaq üçün doğulmuşdu sanki. Uşaqlıqdan da ancaq oyuncaq silahlarla oynayırdı. Hara gedirdi, deyirdi mən hərbçi olacam. Məktəbdə keçirilən yarışlardan həmişə uğurla, qayıdardı. Çox vətənpərvər idi. Mənə deyirdi hər şeyə hazır olun. Dediyi kimi də oldu. Bizi deyil, vətəni seçdi. Ürəklə döyüşüb mənim balam. Tək sözü bu idi ki," Qarabağda bayrağı biz sancacayıq". Dediyini də etdi".

Danışdıqca göz yaşını boğaraq hər kəliməsində "Vətən sağ olsun!" deyən atanın elə oğlu da sənin kimi qəhrəman olmalıydı igidim!

Qeyd edim ki, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Əliyev Prezidentə Zəngilan rayonunun işğaldan azad olunmasını məruzə edəndə Zahir də o dəstədə olur.

Bundan sonrakı döyüş əməliyyatında isə hər ikisi şəhid olur... Allah sənə rəhmət eləsin qəhrəman qardaşım! Vətən üçün canını fəda, edən igidim! Bu vətən, vətən övladları səni heç zaman unutmayacaq! Məkanın cənnət, əziz, ruhun şad olsun!

Sevinc Bəhmənli

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ