SON DƏQİQƏ: İrandan Azərbaycanın tanınmış saytına HAKER HÜCUMU


İranda yuvalanmış, İran dövləti tərəfindən Azərbaycana qarşı dəstəklənən himayə olunan "hüseynçilər" adlı terrorçu qrup tərəfindən Azpolitika.info saytına qarşı haker hücumu təşkil olunub.

Turkustan.az xəbər verir ki, saytın ana səhifəsində məlum qrupun loqosu olan post yerləşdirilib.

"AzPolitika.info" saytının baş redaktoru Elnur Məhərrəmlidir. Saytın layihələri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən dəstəklənir.

Saytdan bildiriblər ki, haker hücumunun qarşısının alınması üçün hazırda proflaktik tədbirlər görülür.


MANŞET XƏBƏRLƏRİ