Azərbaycanın Baş naziri Əli Əsədov Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.
İran Prezidenti Pezeşkian Azərbaycanın Baş nazirini doğma Türk dilində qarşılayıb: “Xoş gəlmisən, Allah salamat eləsin. Buyur, yuxarı keç…” deyən Prezident Pezeşkian Əli Əsədova isti münasibət göstərib.
Bir neçə gün öncə Təbrizdə Şəhriyarın “Heydərbabaya salam” şeirindən Azərbaycan Türkcəsində parçalar səsləndirərkən, müdaxilə ilə rastlaşan Məsud Pezeşkianın Azərbaycanın Baş naziri ilə görüşdə doğma Türkcədə danışması ciddi jest kimi sayıla bilər.
Mübariz/Turkustan.az