Nəriman Nərimanov – “ideal və gerçəklik”


...1921-ci ilbolşevik-erməni separatçıların züyünə qoşulan Əliheydər Qarayev cənfəşanlıqla Dağlıq Qarabağın Ermənistana qatılmasına tərəfdar olduğunu təkid edəndə Nəriman Nərimanov qəzəblə ona çımxırıbmış:

“Qarabağ sənin filan yerin deyil ki, onu asanca hər yetənə verəsən” (filan yerini Nərimanov adı ilə deyib).

N.Nərimanovun bütün cəhdlərinə baxmayaraq Levon Mirzoyanın hazırladığı zəmin, İosif StalinSerqo Orconikidzenin razılığı əsasında daşnakların çoxdan arzuladıqları Dağlıq Qarabağ Muxtar Vilayəti elan edilir. Tətqiqatçı-alim Firdovsiyə Əhmədovanın “Nəriman Nərimanov – ideal və gerçəklik” kitabında yazdığı: “Nərimanovun bu prosesdə mövqeyi tarixi sənədlərdə təsbit olunsa da, şəxsi münasibətini belə ifadə etmişdi:

“Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında muxtar vilayət elan edilmişdir. Mənim vaxtımda bu mümkün olmamışdı, ona görə yox ki, mən bu muxtariyyətin əleyhinə idim, sadəcə olaraq ona görə ki, erməni kəndlilərinin özləri bunu istəmirdilər. Mirzoyan bu müddət ərzində erməni daşnaq müəllimlərin köməyilə zəmin hazırladı. Daha sonra Gəncənin dağlıq hissəsi gəlir və s. Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir”.

Mirzoyanın hazırladığı güclü zəmin isə “arxasında Stalinin dayandığı, o zaman güclü olan Serqonun apardığı siyasətə söykənirdi” – faktı yerli siyasi qüvvələrin yoxluğu şəraitində özünü yeni simada göstərən imperiyanın işlək mexanizmindəkilərin siyasət arxasında gizlənən dini təəssübkeşliyini göstərir.

Hazırladı – Fuad Kamil oğlu

Mənbə: “Qarabəy Qarabəyov” – Aydın Dadaşov

Bakı - 2012


MANŞET XƏBƏRLƏRİ