“Bu, Zelenskiyə baha başa gələcək” – Səudiyyədə Ukrayna üçün “Əcəl zəngi” çalınır?


Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında görüş başlayıb. Görüş çərçivəsində mühüm məsələlərin, o cümlədən Ukrayna müharibəsi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu görüşdə iştirak etməyəcəyini, Ukrayna nümayəndələri olmadan alınan qərarları tanımayacağını bildirib.

ABŞ Rusiyaya Ukrayna ilə bağlı güzəştə getsə, Zelenskinin və Ukrayna xalqının bunu əngəlləməyə gücü çatacaqmı? O zaman Ukrayna həm də ABŞ-la vuruşası olmayacaq?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, rəsmi Kiyevin tutduğu mövqe onun zəifliyini, bütün konturlarını açıqlayır:

“Ukraynanın döyüş meydanında vəziyyəti öz xeyrinə dəyişmək imkanları sıfıra bərabərdir. Zəif, kövrək mövqedədir, get-gedə də zəifləyir. Gücünü toplayıb hər hansı istiqamətdə əks-hücuma keçmək imkanı var. Lakin bu çox baha başa gələcək. İtkilərin çoxluğu, maliyyə çatışmazlığı və resurs bazasının zəifliyi özünü büruzə verir. Hazırda vaxt itkisi əvəzinə danışıqlara başlamaq lazımdır. Çünki müharibənin uzanması Ukrayna xalqının zərərinədir. Avropa isə münaqişənin maksimal dərəcədə uzanmasında maraqlıdır. Atəşkəs elan edib, danışıqlara oturmaq Avropa ölkələrinin planları ilə uyğunlaşmır. Son ukraynalıya qədər müharibənin getməsini istəyirlər”.

Politoloqun sözlərinə görə, Zelenskinin Səudiyyə Ərəbistanına getməməsi siyasi demarşdır:

erebistanda

17 fevral 2025-ci il. Parisdə “Ukrayna sammiti” keçirilib

“Alternativ olaraq Türkiyəyə üz tutdu ki, rəsmi Ankara prosesdə Kiyevə kömək etsin. Rusiya və Amerika arasında yüksək danışıqlar fonunda Türkiyənin Ukraynaya potensial dəstək verəcəyini düşünmürəm.

Səudiyyə Ərəbistanındakı görüşlər yalnız Ukrayna məsələsi ilə kifayətlənmir. ABŞ-Rusiya müəyyən mövzularda geniş müzakirələr aparacaqlar. Buraya Yaxın Şərq problemi, İranın nüvə potensialı, Sakit okeandakı vəziyyət və s. daxildir. Ukrayna böhranı bu proseslərin fonunda daha cüzi məqamdır. Avrasiya məkanı üçün isə çox mühümdür. Avropa Ukraynanın təhlükəsizliyini təmin etmək vədini verir. Bu hansı formada olacaq? Yalnız silah-sursat verilməsi intensivləşdirilə bilər. Ukraynanın müharibəni davam etdirməsinə şərait yaradılacaq”.


MANŞET XƏBƏRLƏRİ