Hüquqşünas Əkrəm Həsənov kuryer işləyənlərin nə qədər vergi ödəməli olduqları barədə suallara aydınlıq gətirib.
Hüquqşünas Pravda.az-a açıqlamasında deyib ki, şəxs mikrosahibkar deyilsə, gəlirin 20 faizini vergi ödəyir.
“Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə görə, illik dövriyyəsi 45 mini ötməyən dövriyyədən tutulmalı olan verginin 75%-i azaddır. Tutulmalı olan vergi 20%-dir, deməli, bu halda 5% vergi tutulur. Bura bəzi fəaliyyət növləri, o cümlədən kuryer fəaliyyəti də daxildir. Məsələn, kuryer 500 manat qazanırsa, 25 manat vergi ödəyir. Mikrosahibkar kimi qeydiyyatdan keçmək lazım deyil. Onsuz da dövriyyələri 45 mini ötmürsə, avtomatik mikrosahibkar sayılırlar və 5% vergi ödəyəcəklər”, - o bildirib.