Səudiyyə Ərəbistanında Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqlar rəsmən başlayıb.
Məlumata görə, Rusiya Federasiyasını xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil edir.
ABŞ-ın nümayəndə heyətində isə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Vals və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff yer alıblar.
Görüşün əsasən Rusiya-Amerika münasibətlərinin bərpasına həsr olunacağı gözlənilir.
Bundan əlavə, danışıqlar zamanı Ukrayna münaqişəsinin həlli məsələsi də qaldırılacaq./publika.az