İraqdan TARİXİ QƏRAR: Türk dilinə rəsmi dil statusu verildi


İraqın Səlahəddin vilayətində tarixi qərar verilib.

Turkustan.az xəbər verir ki, Səlahəddin Əyalət Şurasının sədri Adil Sümeydai türkmənlərin sıx yaşadığı və vilayətin ikinci ən böyük etnik qrupu olan Səlahəddin vilayətində türkcənin rəsmi dil olaraq qəbul edildiyini açıqlayıb.

Bu qərar İraq Konstitusiyasının türkmənləri ölkənin üçüncü əsas ünsürü kimi tanımasından sonra mühüm addım hesab olunur.

Şəhərdə türkcənin rəsmi dil olaraq qəbul edilməsinin təbii və konstitusion bir haqq olduğunu və bu hüquqların pozulduğunu bildirən Terzi, “Həqiqətən də bu konstitusiya çərçivəsində türkmənlərin çoxluq təşkil etdiyi bölgələrdə konstitusiyada təyin olunan üçüncü əsas elementi təşkil edən türkmənlər öz hüquqlarını almalıdırlar” dedi.

Türkcənin rəsmi dil olaraq qəbul edilməsi ilə bağlı addımın Səlahəddin Əyalət Məclisinin türkmən millət vəkili Atıf Tuzlu tərəfindən atıldığını bildirən Terzi, "Bu prosesdə ilk addımı Səlahəddin Əyalət Məclisinin üzvü Atıf Tuzlu atdı və türkmənlərin rəsmi dil olması təklifi qəbul edildi. Allaha şükürlər olsun ki, bu addım Türkmənlər arasında rəsmi dil olaraq reallaşacaq".

Bəxtuyar Səlimov/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ