Prezidentin vəzifədən azad olunan mətbuat katibi - DOSYE


Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat katibi vəzifəsindən azad edilib.

Dövlət başçısı bununla bağlı fevralın 17-də müvafiq sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsindən azad edilsin.

Turkustan.az Modern.az-a istinadlasaytı Azər Qasımovun qısa tərcümeyi-halnı təqdim edir:

Azər Qasımov 22 iyun 1966-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, Bakı Dövlət Universitetini və Çenq Du Universiteti (Çin) bitirib.

1994-cü ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində tərcüməçi, 1994-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsində attaşe, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq idarəsində attaşe, 1996-1997-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda attaşe, 1997-1999-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində attaşe, üçüncü katib, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Asiya, Afrika və Latın Amerikası ölkələri idarəsində üçüncü katib, ikinci katib, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

Prezidentin 13 mart 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi təyin edilib.
2016-cı ilin 23 iyun tarixində Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azər Qasımov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azər Qasımov Prezidentinin mətbuat katibi vəzifəsində 21 il çalışıb.


MANŞET XƏBƏRLƏRİ