Zirəddin deputatın qətlini 3 ay öncə demişdi – Sui-qəsdin şok təfərrüatı


“Qara maşınlı məmura odlu silahla hücum çəkən qara geyimli qatili görürəm. Ancaq o özü arxası üstə yerə sərilib və qanlar içindədir”.

Bu sözləri 2017-ci ilin ilk günlərində kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev Rusiya mətbuatına açıqlamasında demişdi.

Globalinfo.az-a danışan Z.Rzayev məlumatı təsdiq edib.

O, Rusiya Dövlət Dumasının eks deputatı Denis Voronenkovun qətlə yetiriləcəyini öncədən gördüyünü bildirib:

“Denis Voronenkovun qətlə yetiriləcəyini öncədən xəbər vermişdim. Təkcə qətlə yetiriləcəyini yox. Onun qatilinin qara geyimli olacağını, qatilin özünün yerə sərilərək qanlar içində qıvrılacağını və bütün bu hadisələrin qara rəngli avtomobilin yanında baş verəcəyini demişdim. Bütün bunları isə bir ay öncədən rəsmi xəbər saytlarına xəbər vermişdim”.

Z.Rzayev dediklərinin baş verdiyini vurğulayıb:

“Məmur, qara avtomobil, qara geyimli qatil, qatilin qanlar içində qıvrılacağı kimi sözlərlə mən eks deputatın qətlə yetiriləcəyini 1 yanvar 2017-ci ildə bir neçə rəsmi xəbər saytlarına demişdim. 2017-ci ilin 1-i yanvarında söylədiyim kəhanət 23 mart 2017-ci il tarixində baş verdi və bütün dünya mətbuatında xəbər yayıldı” .

Qeyd edək ki, Rusiya Dövlət Dumasının eks deputatı 23 mart 2017-ci ildə Kiyev şəhərində ona məxsus olan qara avtomobilin önündə qətlə yetirildi. Qara geyimli qatil Denis Voronenkovun cangüdənini də odlu silahla yaralayır. Qatil özü də yaralı vəziyyətdə yerə sərilərək qanlar içində qıvrılır, daha sonra xəstəxanada ölür.


MANŞET XƏBƏRLƏRİ