İranın Ermənistandakı səfiri Mehdi Sübhani dünən İrəvandakı məktəblərin birində hərbi hazırlıq dərsinə qatılıb.
Turkustan.az xəbər verir ki, bu barədə ermənipərəst “Miran Press” Telegram kanalı məlumat yayıb.
Sinifdə hərbi hazırlıq fənninin tədris prosesi ilə tanış olan İran səfiri iddia edib ki, “Ermənistan və İran sülhə can atırlar. Onlar öz gücləri və dostluq dəstəyi ilə bu sülhü qoruya bilərlər”.
Qeyd edək ki, əsas vəzifəsi diplomatik fəaliyyət göstərmək olan İran səfiri indi də erməni şagirdlərin anti-Azərbaycan ruhda yetişməsi üçün canfəşanlıq edir. Digər diqqətçəkən məqam isə İran səfirinin başı üstündə qondarma "artsax" gerbinin vurulmasıdır. Protokol qaydalarınna görə diplomatik şəxslərin olduğu məkanlarda belə məqamlara xüsusi diqqət edilir. Görünür, bu, məqsədli bir jestdir. Xankəndindəki separatçı xuntanın son günlərinədək İran TIR-larla onlara yanacaq daşıyırdı...
Ümumiyyətlə, bir səfirin başqa bir ölkədə hərbi hazırlıq dərsinə qatılmasını nə ilə izah etmək olar? Və söhbət, bu gün də Azərbaycanla müharibə vəziyyətində olan, sürətlə silahlanmaya başlayaraq revanş hissi ilə yaşaya bir ölkədən gedirsə...
Mübariz/Turkustan.az