Ermənistan Azərbaycana yüklərin Naxçıvana maneəsiz daşınması təklifini verib.
Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.
Nəşr qeyd edir ki, Nikol Paşinyan bu yaxınlarda “Azərbaycana elə bir təklif edilib ki, imtina etməyəcək”, - deyə bildirib.
“Bu nə deməkdir? Alen Simonyan iki gün əvvəl Azərbaycan yüklərinin maneəsiz daşınmasından danışırdı. Nə danışıqlar apardıqları, şifahi olaraq nə vəd etdikləri bilinmir. Bu haqda yalnız açıq danışanda bilmək olar, həmin vaxta qədər biz hər şeyi Azərbaycan Prezidentindən öyrənəcəyik, bu, artıq reallığa çevrilib”, - nəşr yazır.
“Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan da Azərbaycana yüklərin Ermənistan ərazisindən (Zəngəzur dəhlizi-red) maneəsiz və yoxlamasız daşınmasının təklif edildiyini istisna etməyib.
“Belə bir variantın ola biləcəyi istisna edilmir. Hakim partiyanın nümayəndələrinin açıqlamalarından görünür ki, Ermənistan Azərbaycanın istədiyi maneəsiz keçidi verəcək, yalnız nə daşındığı haqda məlumat alacaq”, - deyə erməni deputat iddia edib./publika.az