“Belə bir sual vermişdik. “Rus evi”, yoxsa daha çox “Rus casus evi”? O sualdan sonra çoxlu hadisələr baş verdi, çoxlu sözlər deyildi. Bizi qeyri-peşəkarlıqda da ittiham etdilər, səhv bir iş görməkdə də”.
Turkustan.az xəbər verir ki, bu barədə Baku TV-nin süjetində bəhs olunur.
“Amma zaman hər şeyi ortaya çıxardı, nəyin nə olduğunu da, kimin kim olduğunu da. Bir şey də bir daha öz təsdiqini tapdı ki, nə hansısa şəxslər, nə də hansısa təşkilatlar və onların təmsil etdiyi qüvvələr Azərbaycan dövlətindən güclü deyil. Beləliklə, Bakının mərkəzində yerləşən “Rus casus evi”nin indi nə izi qalıb, nə də tozu”, – deyə vurğulanıb.