Bakıda "Rus evi"nin binası boşaldılır


Bakıdakı “Rus evi”nin paytaxtın mərkəzində yerləşən binası boşaldılır.

Turkustan.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Rus Evinin nümayəndəsi TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq lövhə binadan tamamilə götürülüb.

“Binanın çöl hissəsindən görmək olar ki, əvvəllər təşkilatın tədbirlərinin keçirildiyi foyedə və zalda divarlardan rəflərdəki rəsm, afişa və reklam lövhələri, suvenirlər götürülüb, səyyar sərgi bağlanıb”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.


MANŞET XƏBƏRLƏRİ