“Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır


Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır.

Turkustan.az xəbər verir ki, “Rus Evi”nin əməkdaşları divardakı tabloları çıxarır, əşyaları daşıyırlar.

***15:00

Bakıdakı “Rus Evi” fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.

Bu barədə “Rus Evi” açıqlama yayıb.

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar olaraq, “Rossotrudniçestvo”nun nümayəndəliyi – Bakıdakı “Rus Evi” öz fəaliyyətini dayandırmaq üçün tədbirlər görür”, – açıqlamada bildirilir./globalinfo.az


MANŞET XƏBƏRLƏRİ