1983-cü ilə Quba rayonunun Yenikənd kəndində anadan olur...
1999-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali təhsil alır...
Zabit kimi Silahlı Qüvbələrdə xidmət edir...
XTQ kursunu uğurla başa vuraraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edir...
XTQ sıralarında bir sıra tapşırıqları uğurla yerinə yetirir və polkovnik-leytenant rütbəsinə qədər yüksəkir...
2016-cı ilin Aprel döyüşlərinin fəal iştirakçısı olur...
Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılan Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərən, qəhrəmanlıqla döyüşən, şəxsi igidlik və şücaət nümayiş etdirən, hərbi qulluq vəzifəsini mərdliklə yerinə yetirən Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Camalov!
Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları, o cümlədən, "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif edilib.
XTQ-nin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı şəhid Mehrab Niftəliyevlə yaxın dost olan zabitimiz hazırda da xidmətini davam etdirir. Məhz bu səbəbdən qəhrəman zabitimuz haqqında çox informasiya verə bilməsək də, xalqımız öz qəhrəman oğlunu tanımalı və unutmamalıdır!
Biz Zəfərimizi sizə, sizlərə borcluyuq cənab polkovnik-leytenant! Qanınızla, canınızla yazdığınız qəhrəmanlıq tariximizi gələcək nəsillər qürurla oxuyacaq və sizi sevgi ilə xatırlayacaqlar!
Allah sizi qorusun vətənimin qəhrəman oğlu! Səsiniz hər daim zirvələrdən gəlsin! Şərəfli xidmətinizdə sizə uğurlar arzulayıram!
Sevinc Bəhmənli