Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...


Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev azərbaycanlılar haqqında səsləndirdiyi təhqiramiz ifadələrlə gündəmə gəlib. O, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılmasını, iş adamlarının biznesinin məhdudlaşdırılmasını, bu ölkə ərazisində yaşayan azərbaycanlı miqrantların qovulmasını, vərəndaşlığı olan azərbaycanlıların isə hərbi uçota alınaraq Ukrayna ilə müharibəyə göndərilməsini təklif edib. Bununla ürəyi soyumayan Valuyev daha da irəli gedərək tərbiyəsizlik edib, azərbaycanlıları “şobla-vobla” (tör-töküntü, zir-zibil yığını, pozğun, cinayətkar, cəmiyyətə zidd adamlar) adlandırmaqla təhqiramiz hərəkətə yol verib.

Rusiyanın hakim “Vahid Rusiya” (“Yedinaya Rossiya”) partiyasının üzvü olan Nikolay Valuyev bu sərsəmləməni Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda edib.

Azərbaycan Xarici İşlər Nazirliyi Nikolay Valuyevin ölkəmiz əleyhinə fikirlərini nəzərə alaraq, onun adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib. Valuyevin Azərbaycana girişinə qadağa qoyulub.

Bəs antropoloji tipinə görə Neandertal görünüşlü Nikolay Valuyev kimdir?

Məlumata görə, 52 yaşlı Nikolay Valuyev 2011-ci ildən Rusiya Dövlət Dumasının deputatı kimi fəaliyyət göstərir.

O, keçmiş boksçu, aktyor və televiziya aparıcısı kimi də tanınıb.

Boks karyerası ərzində ağır çəki dərəcəsində mübarizə aparıb. 2005-ci ildə ağır çəki üzrə dünya çempionu olub.


Nikolay Valuyev 1973-cü ildə Leninqradda anadan olub. Nikolayın babasının milliyyətcə tatar olduğu məlumdur. Belə demək mümkünsə, onun soyadı tədricən bizim dildə səslənən Vəliyevdən Valuyevə assimilyasiya olunub. Ruslaşmış tatar olduğunu mətbuata müsahibələrində Valuyev özü də etiraf edib. Tatarlar dəfələrlə ona rəğbət ifadə edən çağırışlar səsləndiriblər. Hətta onun adını "100 ən məşhur tatar" siyahısına da salıblar. Amma Nikolay Valuyev bu çağırışlara qarışılıq verməyib, isti münasibət göstərməyib. Başqa sözlə, Valuyev manqurdlaşmış tatar davranışı ilə ona rəğbət bəsləyən soydaşlarını xəyal qırıqlığına uğradıb.

2 metr 17 sm boya malik olan Nikolay Valuyev Rusiyanın ən nəhəg idmançılarından sayılır. O, idman karyerasını 2010-cu ildə xoşxassəli beyin şişi səbəbindən başa vurub.

2010-cu ildə səyasətə qoşulan rusiyalı boksçu prezident Vladimir Putinin “Vahid Rusiya” partiyasının sıralarına daxil olub.

2011-ci ilin dekabrında “Vahid Rusiya”nın siyahısı üzrə 6-cı çağırış Dövlət Dumasının deputatı seçilib.

Valuyev daha sonra yenə iki dəfə deputat mandatı alıb və hazırda Dövlət Dumasında Turizm komitəsi sədrinin birinci müavini kimi fəaliyyət göstərir.

Nikolay Valuyev 1977-ci il təvəllüdlü Qalina Borisovna Valuyeva ilə evlidir. Onların 3 övladı var: böyük oğlanları Qriqori (26 fevral 2002-ci il təvəllüdlü), qızları İrina (2 mart 2007-ci il təvəllüdlü), kiçik oğlanları Sergey (30 iyul 2012-ci il təvəllüdlü).


Valuyevin arvadı Qalina 163 sm boya malikdir və o, əri ilə yanaşı durarkən gülməli görünürlər.

Yuxarıda qeyd etdiyimiz kimi Nikolay Valuyev akromeqaliya ilə nəticələnən xoşxassəli beyin şişindən əziyyət çəkir. O, hər ay lazımi terapiyadan keçir.

2009-cu il noyabrın 7-də britaniyalı David Haye ilə uduzduğu döyüşün nəticələrinə görə Valuyevə tibbi müayinədən sonra akromeqaliya diaqnozu qoyulub. Onun ilk beyin əməliyyatı Almaniyada olub və təxminən beş saat davam edib. İkinci əməliyyat bir neçə ildən sonra Sankt-Peterburqda Almazov adına Milli Tibbi Tədqiqat Mərkəzində baş tutub, lakin cərrah şişi tamamilə çıxara bilməyib, çünki beynin mühüm qan damarları şiş olan nahiyədə yerləşir. Məhz həmin şiş 2010-cu ildə onu idmandan getməyə məcbur edib.


Nikolay Valuyevin karyerası ərzində bir neçə ağır döyüşü olub. 2007-ci il aprelin 14-də Almaniyanın Ştutqart şəhərindəki Porsche Arenada onun rəqibi özbək boksçu Ruslan Çaqayev olub. Bütün döyüş ərzində Ruslan Çaqayev dominantlıq edib və o, Valuyevi yaxşıca əzizşdirib. On iki raundluq döyüşdən sonra çempionluq titulu Nikolay Valuyevdən Ruslan Çaqayevə keçib.

Nikolay Valuyev Rusiyada qalmaqallı imicilə tanınır. O, bir neçə dəfə dava-dalaş salmaqla mətbuatın gündəminə düşüb. 2006-cı il yanvarın 19-da Sankt-Peterburqdakı "Spartak" İdman Sarayının dayanacağında Nikolay Valuyevlə parkinqin 61 yaşlı mühafizəçisi Yuri Sergeyev arasında münaqişə baş verib. Valuyev onu möhkəm döyüb. Hadisə nəticəsində mühafizəçi orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Müayinə nəticəsində Sergeyevə “qapalı kəllə-beyin travması, beyin silkələnməsi və döş qəfəsinin əzilməsi” diaqnozu qoyulub.

2022-ci il Ukraynadakı müharibə ilə əlaqədar elan edilən səfərbərlik zamanı deputat Nikolay Valuyev ölkəni tərk etməyə başlayan rusları tənqid atəşinə tutub, onları kobud söyüşlərlə təhqir edib.

Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyinə görə o, bütün Avropa İttifaqı ölkələrinin, ABŞ və Böyük Britaniyanın beynəlxalq sanksiyaları altındadır.



(modern.az)


MANŞET XƏBƏRLƏRİ