Azərbaycan nağılları Türkiyədə mobil tətbiqə qoşulur


Azərbaycan xalq nağılları Türkiyədə “Masal Masal Türkiyə” adlı mobil tətbiqə daxil ediləcək

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyənin Atatürk Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa başlanılıb.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, bu əməkdaşlıq çərçivəsində ilkin olaraq Türk dünyasının ortaq dəyəri olan nağılların təbliği layihəsi həyata keçiriləcək.

Atatürk Mədəniyyət Mərkəzinin Türkiyədə hazırladığı “Masal Masal Türkiye” mobil tətbiqinə Azərbaycan nağıllarının da daxil edilməsi və birgə layihənin həyata keçirilməsi razılaşdırılıb. Layihə nağıllarının audio səsləndirilməsi və onlara aid cizgi filmlərin nümayişini əhatə edəcək.

“Masal Masal Türkiyə” mobil tətbiqinin “Türk dünyası - Azərbaycan” bölümü hazırlanacaq. Bu zaman Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkyə türkcəsinə çevrilib nəşr olunan “Azərbaycan masalları” kitabı əsas götürüləcək. Bölməyə Azərbaycan xalq nağıllarının mətn və audio versiyaları əlavə ediləcək.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ