Rəsulzadə və ailəsinin illər sonra ortaya çıxan yeni FOTOLARI


Ötən gün Tarix Muzeyində “Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan davası” mövzusunda kütləvi mühazirə keçirilib.

Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin nəvələri və digər ailə üzvləri iştirak ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı, Əməkdar elm xadimi Solmaz Rüstəmova Tohidi sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Rəsulzadənin virtual-ev muzeyi üçün yeni fotolar əldə edib. Ona bu şəkilləri M.Ə.Rəsulzadənin böyük qızı Lətifə xanımın ilk övladı, uşaq vaxtı anası və nənəsi ilə birgə Qazaxıstan sürgününün bütün məşəqqətlərini yaşamış Firuzə xanımın oğlu Həsən Məmmədov təqdim edib.

H.Məmmədov göndərdiyi bəzi şəkillərin nə üçün internet müstəvisində olmadığına da aydınlıq gətirib. O, anasının bu şəkilləri özü ilə bütün Qazaxıstanı dolaşdırıb qoruduğunu, sonra Bakıya gətirdiyini, anasının vəfatından sonra isə onların orijinallarını özündə saxladığını bildirib.

Sözügedən şəkilləri təqdim edirik: /globalinfo.az/

475811920 2045318249314964 3606048279471119013 n
476028136 2045336952646427 7763115270273486108 n
475840523 2045318242648298 2078826264661193858 n
475412294 2045318322648290 5001020781305698099 n
476208018 2045336979313091 6005310126843670634 n
475843065 2045318299314959 4182802447930298628 n
475923518 2045336962646426 8731520448982146920 n


MANŞET XƏBƏRLƏRİ