“Anidən gələn zəng və ya tanış profildən yazılan mesaj. 5 dəqiqə sonra baxırsan ki, kartından bütün pulların silinib. Getdikcə adi hala çevrilən cinayətkarlıq. Elə məharətlə aldadırlar ki, heç ruhun da incimir”.
Turkustan.az xəbər verir ki, bu fikirlər İTV-nin “Yekun Xəbər” proqramında səsləndirilib.
Aparıcının sözlərinə görə, Azərbaycanda yüzlərlə insan son zamanlar bu dələduzluğun qurbanına çevrilir:
“Əvvəlllər bu cinayətlər zənglər vasitəsilə edilirdi. İndi əl-qolları daha da açılıb. Kimisinə Votsap, kimisinə İnstagram üzərindən, özü də tanış profillər vasitəsilə yazırlar. Göndərilən linkə daxil olmaqla, bütün pullarınla sağollaşırsan. Yəni öz əlinlə öz malını oğruya təslim edirsən. Bu cür hallar demək olar ki, hər gün baş verir. Qəribəsi odur ki, hər gün yazılır, hər gün deyilir, amma insanlar yenə bu dələduzlara aldanırlar.
Niyə bu cinayətlər gündən-günə artır? Polis orqanları bu dələduzları ifşa etməkdə niyə çətinlik çəkir? Bu oğurluq hallarında bankın günahı varmı?
Son zamanların ən sakit törədilən, amma səs-küyü böyük olan dələduzluq hadisələrini araşdırmışıq”.
Daha ətraflı videomaterialda:
/bizim.media/az/