"Azərbaycan Milli İncəsənət Muzeyində «Ruhun qidası - musiqi» adlı konsert keçirildi"


Yanvarın 31-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə hər həftə musiqisevərlərin görüşünə gələn “Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert proqramı baş tutdu.

«Ruhun qidası - musiqi» adlı proqramda gənc musiqiçilər görkəmli dünya bəstəkarlarının unudulmaz əsərlərini səsləndiriblər.

İstedadlı arfa ifaçısı Pərvin Əşari arfada çox gözəl musiqilər ifa etdi.

Fleyta ifaçıları isə istedadlı Ülkər Qüdrətli və Lalə Əsgər idi.

Dinləyicilər tərəfindən böyük maraq və coşqu ilə qarşılanan musiqi nömrələri davamlı alqışla müşayiət olundu.

Leyla Turan

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ