Ermənistan Baş naziri Nikol Paşinyanın “erməni soyqırımı” ilə bağlı etirafları bu saxta iddiadan istifadə edən dövlətlərin planlarını pozub.
Turkustan.az xəbər verir ki, bunu türkiyəli təhlükəsizlik mütəxəssisi, istefada olan kəşfiyyat polkovniki Coşkun Başbuğ deyib.
“Ara qarışıb. Niyə? Çünki Paşinyan erməni soyqırımının böyük yalan olduğunu etiraf edib.
İsveçrədə erməni icması ilə görüşündə o, 1915-ci il hadisələri ilə bağlı bunları söyləyib:
“Necə olur ki, 1939-cu ildə erməni soyqırımı gündəmi yox idi, amma 1950-ci ildə ortaya çıxdı? Biz erməni soyqırımının tarixini yenidən nəzərdən keçirməli, nə baş verdiyini, nə üçün baş verdiyini, onu necə qəbul etdiyimizi və kimlərin üzərindən dərk etdiyimizi anlamalıyıq. Bu məsələlər haqqında danışmaq lazımdır”.
Bu sözlər Ermənistanda Qərbin faydalı aləti olmaqdan əl çəkməyən, Qərbin maliyyəsinə satılan erməniləri hərəkətə gətirmək üçün bəs elədi”, - polkovnik vurğulayıb.
Başbuğ bu kontekstdə bəzi erməni nəşrləri və siyasilərinin Paşinyana sərt təpkilərinə diqqət çəkib:
“Paşinyan 2024-cü il aprelin 24-də də qondarma soyqırımı ilə bağlı tarixi etiraflar edib, soyqırımı olmadığına eyham vuran ifadələrlə yanaşı, bu haqda “böyük fəlakət” ifadəsini işlədib. Paşinyanın çıxışının ertəsi günü parlamentin komitə sədri, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputat Andranik Köçəryan da onu dəstəkləyən açıqlama verdi.
Köçəryan oyunu pozan daha bir təklif verərək, 1915-ci il hadisələrində ölən ermənilərin ad və soyadlarının müəyyənləşdirilməsinə çağırıb. Bu təklif hər şeyi üzə çıxaracağından Paşinyan və Köçəryana qarşı linç kampaniyası başladıldı, İrəvan küçələrinə çıxanlar baş nazir və komandası istefaya səslədilər.
İmperialist qanadın terror təşkilatları ilə birlikdə istifadə etdiyi iki toplum var: ermənilər və yunanlar. Bu iki toplum ayılan an oyun bitəcək. İmperialistlər bunu bildiklərindən indiyədək oyanan və ya oyanmaq istəyən hər kəsin dərhal dəftərini bağlayırlar.
Qrant Dinkin ölümündən az əvvəl bir universitetdə etdiyi çıxışda dediklərini yada salaq: “Buradan kürd qardaşlarıma səslənirəm, bizim kimi istifadə olunmayın”.
Bu sözlər öldürülmək üçün kifayət qədər səbəb idi. Paşinyan yaxşı müqavimət göstərir, amma çox diqqətli olmalıdır”./teleqraf.com