Ermənistanda SENSASİYA: Kərkini də “itirdilər” – FOTO


“Tiqranaşen kəndi (Kərki-red.) “Google xəritə”də Ermənistan ərazisindən tamamilə silinib. Artıq bir müddətdir kənd bizim ölkənin ərazisində göstərilmir”.

Turkustan.az xəbər verir ki, bunu erməni vəkil Yervand Varosyan deyib.

O, bu məsələyə iki prizmadan yanaşılmalı olduğunu bildirib:

“Doğrudur, “Google”də baş verən dəyişikliklərin heç bir hüquqi nəticəsi yoxdur. Lakin hər hansı özünə hörmət edən dövlət bu kimi məsələlərə müdaxilə etməlidir. Nəticədə belə korporasiyalar dəyişikliklər zamanı bütün detalları nəzərə almağa məcbur olmalıdırlar.

Ümumiyyətlə bu dəyişikliyin hüquqi nəticəsi olmasa da, çox təhlükəli məsələdir. Arxasında kimin dayandığını düşünmək çətindir. Vəziyyət heç də ürəkaçan deyil. Hökumət də heç bir reaksiya vermir”.

fcb2c5922c5257827c29d41e33804f1b 1657721808

Qeyd edək ki, bəzi erməni siyasətçilər İrəvanın Kərkinin Azərbaycana qaytarılması üçün hakim komanda daxilində müzakirələrin aparıldığını iddia edirlər./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ