Paşinyandan növbəti iddia: “O ərazi bizimdir, əl çəkməyəcəyik”


“Biz Artsvaşen (Başkənd – red.) məsələsindən qəti şəkildə imtina edə bilmərik”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında deyib.

O, əlində Başkəndin xəritəsinin maketini tutaraq İrəvanın anklav məsələsindən geri çəkilməyəcəyini qeyd edib:

“Əgər desək ki, anklav məsələsi yoxdur, bu, Ermənistanda cinayət məsuliyəti üçün əsas yaratmış olar. Bizim Artsvaşen kimi suveren ərazimiz var. Bu məsələdə geri addım atmayacağıq”.

Qeyd edək ki, Ermənistan hələ də Qazaxın 3, Naxçıvanın Kərki kəndini işğalda saxlayır. Bununla yanaşı, hər vəchlə sülhdən yayınır./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ