Marketlərdən evimizə ayaq açan TƏHLÜKƏ: Broyler toyuqlar xərçəng yaradır? - AÇIQLAMA


İnsanların qidalanmasında toyuq ətinin vacib yeri var. Şəhər yerində yaşayan müştərilərin demək olar ki, böyük əksəriyyəti broyler toyuqlarını ala bilirlər.

Çünki sənaye üsulu ilə yetişdirilən toyuq və yumurtalara tələbat kifayət qədərdir. Bir çox insanın qida rasionunda xüsusi yer tutan broyler toyuqlarının zərərləri ilə bağlı isə yetərincə faktlar var.

İnkişaf etmiş ölkələrdə toyuğun tez böyüməsi üçün ona müxtəlif hormonlar vururlar. Nəticədə toyuq 20-30 günə böyüyür. Hormonların qalığı olan zəhər isə daha çox toyuğun dərisinə yığılır.

Mütəxəssislər bildirir ki, toyuğun dərisini qızardıb yeyən kişilərdə prostat və bağırsaq xərçənginin, qadınlarda isə döş vəzi xərçənginin yaranma ehtimalı böyükdür.

Bəs görəsən bu həqiqətdirmi? Broyler toyuqlar xərçəng yarada bilərmi? Turkustan.az olaraq məsələni mütəxəssis ilə araşdırdıq. Saytımıza açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məsələyə bu cür aydınlıq gətirdi.

Hələ elm sübut edə bilməyib ki, xərçəng necə yaranır, haradan əmələ gəlir. Lakin broyler toyuqları yetişdirilən zaman onlara hormonal preparatlar vurulur, tez böyüməsi üçün daim dərmanlar altında saxlanılır. Şübhəsiz ki, hormonal dərmanların insanlara mənfi təsiri var. Ümumilikdə isə onu bildirim ki, qidaların təhlükəsizliyinə dövlət orqanı nəzarət edir. Ciddi marketlər şəbəkəsində AQTA-nın nəzarətindən keçməmiş bir qida belə olmur və burada satılan bütün qidaların təhlükəsizliyi təmin edilir. Məsləhət görərdim ki, insanlar təsadüfü yerlərdən, məhlə marketlərindən, bazarlardan bu cür ət məhsulları almasın. Hər ərzağın, qidanın spesifik xüsusiyyətləri var. Göbələklərdən, turşulardan, şişmiş konservlərdən də mümkün qədər uzaq olmaq lazımdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ