Qarabağda rus sülhməramlılarının ölümü: “çıxın” əmrinə tabe olmadılar və… – VİDEO


Rövşən Məmmədov müəllifi olduğu “Həftə” analitik-informasiya proqramında Rusiya mediasının Azərbaycanı 2023-cü ilin antiterror əməliyyatları zamanı öldürülən sülhməramlılara görə qınadığından danışıb.

Turkustan.az xəbər verir ki, o, Qarabağda döyüşlərin getdiyi vaxtda rus hərbçilərinin qaydalara riayət etmədiyini bildirib:

“Rusların döyüşlər getdiyi zaman Qarabağda nə işi vardı? Yəni, Azərbaycan ordusu 19-20 sentyabr tarixlərində Qarabağda mənzillənmiş Ermənistan silahlı birləşmələri və kriminal rejimin separatçı bandalarına qarşı lokal əməliyyata start verərkən, rusiyalı sülhməramlıları öncədən xəbərdar etmişdi ki, çıxın, çıxmırsınızsa əməliyyat zamanı gizləndiyiniz yerdə qalın. Güllə altına girməyin. Lakin onlar nə etdi? Bir neçə hərbçi öz avtomobili ilə döyüş ərazisinə girdi və Azərbaycan hərbçiləri onları erməni zənnn edərək məhv etdi”, – deyə Rövşən Məmmədov mövzunu şərh edib.

Ətraflı videoda:

/globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ