Qarabağ haqda bunu eşidəndə Putinə zəng etdim, heyrətləndi – Lukaşenko


“44 günlük müharibədə uduzduqdan sonra Ermənistan Baş naziri Nikol Paşinyan Xankəndinin və bütün Qarabağın faktiki Azərbaycanın ərazisi olduğunu elan edəndə Vladimir Putin və mən heyrətləndik”.

Turkustan.az xəbər verir ki, bu fikirləri Belarus Prezidenti Aleksandır Lukaşenko deyib.

Onun sözlərinə görə, ilk vaxtlar Paşinyan buna razı olmadığını desə də, müharibədən sonra fərqli qərar verib və bu, təəccüb doğurub:

“Mən Putinə zəng etdim. Paşinyanın nə dediyini eşitdim, amma Putindən də eşitmək istədim. Ermənistan baş nazirinin qərarına təəccübləndim”.

Lukaşenko qeyd edib ki, vaxtilə Azərbaycan və Ermənistan liderləri arasında ərazi mübahisəsinin sülh yolu ilə həllinə kömək etməyə çalışaraq faktiki olaraq vasitəçilik funksiyasını yerinə yetirib və Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi əməkdaşlıq təklif edib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ