TƏCİLİ: Rusiya AZAL-ın təyyarəsinin vurulduğunu təsdiqlədi


AZAL-a məxsus təyyarənin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pansir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edib.

Turkustan.az xəbər verir ki, bu barədə “Caliber” öz mənbələrinə istinadən yazıb.

Qeyd olunub ki, həmin sistem Rusiyaya Suriyadan gətirilib.

“Məlum olub ki, istintaq Azərbaycan təyyarəsinə qarşı radio-elektron mübarizə vasitəsinin tətbiq edildiyini təsdiq edib”, – məlumatda deyilir.

Xəbərdə Rusiya tərəfinin həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətinin müəyyən edildiyi bildirilir.

Qeyd edək ki, ötən ilin dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Rusiyanın “Pansir” raketi ilə vurulduqdan sonra Qazaxıstanda qəzaya uğrayıb. Nəticədə təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub.


MANŞET XƏBƏRLƏRİ