Bakıya xəyanət cəhdi: Tokayev imkan vermədi – Qardaş dəstəyi


“Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bu gün açıqlayıb ki, Kremldən idarə olunan bəzi media resurlarında bir neçə gün öncə dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir, hətta onların arasında böyük fərq var”.

Turkustan.az xəbər verir ki, bunu ReAL sədri Natiq Cəfərli qeyd edib.

“Qazaxıstana halaldır! Belə görünür ki, Rusiyanın basqılarına baxmayaraq, Qazaxıstan həqiqəti gizlətməyəcək. AZAL-ın Rusiya tərəfindən vurulan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq, görək ondan sonra Rusiya nə deyəcək, nələr uyduracaq. Kremlə bağlı “Baza” resursunun yaydığı stenoqramlar manipulyasiya cəhdi idi – alınmadı, alınmayacaq”, – N.Cəfərli qeyd edib.

Xatırladaq ki, bir qədər əvvəl Rusiyaya məxsus “Baza” Teleqram kanalı AZAL təyyarəsinin stenoqramı olduğu iddia edilən mətn yaymışdı. Sözügedən stenoqramda pilotlar və dispetçer arasında aparılan söhbətdən belə nəticə çıxır ki, Qroznıya enməmək, Mahaçqalaya uçmamaq, sonra isə Bakıya qayıtmaq və nəticədə Aktauya düşmək barədə bütün qərarları guya Azərbaycan Hava Yollarının ekipajı müstəqil qəbul edib./globalinfo.az


MANŞET XƏBƏRLƏRİ