2023-cü ildə səfirliyimizə hücum edən Yasin Hüseynzadə ilə bağlı edam qərarı təsdiqlənib.
Turkustan.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü çıxışında deyib.
Onun sözlərinə görə, məhkəmə Yasin Hüseynzadə ilə bağlı edam qərarını icra şöbəsinə təqdim edib.
İran qanunlarına görə, hökm yalnız zərərçəkənin ailəsinin (Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun ailəsi nəzərdə tutulur - red.) müraciəti əsasında icra oluna bilər. Zərərçəkənin ailəsi qatili əfv də edə bilər.