Jurnalistə 9 il həbs cəzası tələb edildi - MƏHKƏMƏ MÜDAFİƏ TƏRƏFİNƏ ÇIXIŞA HAZIRLAŞMAQ ÜÇÜN VAXT VERMƏDİ


Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində “dunyaninsesi.az” xəbər saytının baş redaktoru Ərşad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, məhkəmə prosesində istintaqın zərərçəkən kimi tanıdığı şahidlər ittiham aktından yazılanları təkzib edib, onlar hədə-qorxu cinayətində ittiham olunan jurnalist tərəfindən hər hansısa bir formada hədə-qorxuya məruz qalmadıqlarını dəfələrlə bəyan ediblər.

Lakin buna baxmayaraq, dövlət ittihamçısı 9 il azadlıq məhrum edilməsi cəzasına məhkum olunmasını tələb edib.

Daha sonra prosesə rəhbərlik edən Natiq Əliyev son söz deyilməsi üçün fasilə elan edib.

Jurnalistin özü və vəkili Zabil Qəhrəmanov müdafiə çıxışına hazır olmadıqlarını, prosesin isə gələn həftə keçirilməsi barədə təklif irəli sürsə də, sədr Abdulla Məmmədov nların bu tələbini nəzərə almayıb, son söz üçün cəmi 2 saatlıq müddət verib.

Qeyd edək ki, Ərşad İbrahimov çıxışında polis orqanlarını tənqid etdiyi üçün həbs edildiyini vurğulayıb.

Onu da bildirək ki, Ərşad İbrahimov Avropa Şurasının 2023-cü ildə həbs edilən jurnalistlər hesabatına daxil edilib.


MANŞET XƏBƏRLƏRİ