Süni zəlzələ yaratmaq mümkündürmü? - Yetirmişli


Elə bir gün olmur ki, istər-istəməz daxildə gedən proseslərə görə Yer kürəsində zəlzələ baş verməsin. Öncəliklə biz araşdırırıq, analiz edirik və zəlzələnin hansı səbəbdən baş verdiyini aydınlaşdırırıq. Məsələn, yol çəkilişi zamanı baş verən sənaye partlayışlarını zəlzələdən ayıra bilirik. Bunların hər biri qeydə alınır və onları bir-birindən ayırmaq mümkündür. Ümumiyyətlə, süni zəlzələ necə ola bilər?! Belə bir şey mümkün olsaydı, məsələn, böyük dövlətlər müharibə aparmazdı. Niyə onlar silahlanmaya bu qədər pul qoyur? Əgər məqsəd şəhərləri, ölkələri darmadağın etməkdirsə, onda bu üsulla edərdilər. Nəzəri cəhətdən bir şeyi dedikdə, o özünü praktikada doğrultmursa, deməli, boşdur.

Turkustan.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin APA-ya müsahibəsindən deyib.

O bildirib ki, süni zəlzələ o vaxt ola bilər ki, onu oyatmaq imkanı olsun:

“Belə ki, gərginlik toplanan zonaların, zəlzələ olma ehtimalı çox yüksək olan ərazilərin yaxınlığında çox güclü bir partlayış olsun və böyük sahəni silkələsin. Bu həmin ərazilərdə zəlzələni tezləşdirib oyada bilər”.


MANŞET XƏBƏRLƏRİ