Bakı tələb etmişdi - İrəvan sərhəddə dəyişikliyə gedir


Ermənistan rəhbərliyi Azərbaycanın tələbindən sonra sərhəddə yerləşdirilən Avropa İttifaqının (Aİ) müşahidə missiyası ilə bağlı formatı dəyişdirməyə çalışır.

Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Erməni nəşri bildirir ki, Azərbaycan 2023-cü ildən Ermənistanda missiya aparan Aİ müşahidəçilərinin sərhəddən çıxarılmasını tələb edir:

“Məsələ tərəflər arasında razılaşdırılmayan sülh sazişinin bəndlərindən biridir. Bəs bu, müşahidəçilərin fəaliyyət müddətinin uzadılmayacağı anlamına gəlir?

Parlamentin sədri Alen Simonyan dünən etiraf edib ki, Azərbaycan belə bir tələb irəli sürüb, amma Ermənistan missiyanın fəaliyyətinin davam etdirilməsi ilə bağlı öz versiyasını təqdim edib. İrəvanın hansı versiyanı irəli sürdüyünü soruşsaq da, bunu açıqlamadı.

Simonyana əlimizdə olan məlumatı xatırlatdıq ki, Ermənistan Aİ missiyasını sərhəddən uzaqda, ofis şəraitində davam etdirmək üçün formatı dəyişməyi təklif edib.

Spiker buna da birbaşa cavab verməyib:

“İstisna etmirəm ki, məsələn, Kirants istiqamətində sərhədlərimizin müəyyənləşdiyi nöqtələrdə müşahidə missiyası aparmağa ehtiyac olmaya bilər, amma bu barədə nəsə deyə bilmərəm”./teleqraf.com


MANŞET XƏBƏRLƏRİ