Evdə ən çox elektrik sərf edən bu cihaz imiş


Elektrik qəbzi gözlənildiyindən yüksək olduqda, bir çox insan kondisioneri və başqa bu kimi cihazları "təqsirləndirməyə" çalışır. Əlbəttə, bu texnikalar da əhəmiyyətli miqdarda enerji istehlak edir, lakin ailə büdcəsini həqiqətən "yandıra" biləcək başqa bir cihaz var. Təəccüblü olsa da, maliyyəyə ən böyük yükü məhz soyuducu yarada bilər.

Turkustan.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Pravda.ru ekspertlərin rəyinə əsasən xəbər verib.

Bildirilir ki, fasiləsiz işləyən bu zəruri məişət elementi evdə əhəmiyyətli miqdarda elektrik enerjisi sərf edə bilər.

"Soyuducu ərzaqların saxlanması üçün lazımi temperaturu qorumaq məqsədilə sutka ərzində işləyir və düzgün işləməsə, elektrik enerjisinə xərclər daha da arta bilər", - deyə məqalədə qeyd olunub.

Müəllif bildirib ki, həddindən artıq elektrik istehlakına səbəb olan əsas amillərdən biri qapının rezin kipləşdiricisidir.

"Əgər o köhnəlibsə və ya yaxşı bağlanmırsa, kompressor daxili temperaturu qorumaq üçün daha çox işləməli olur ki, bu da enerji istehlakının artmasına gətirib çıxarır. Qapının kipləşdiricisini mütəmadi olaraq yoxlamağı unutmayın. Əgər onun zəiflədiyini və ya zədələndiyini görsəniz, rezin kipləşdiricini mümkün qədər tez dəyişdirin. Bundan əlavə, isti yeməkləri birbaşa soyuducuya qoymamağa çalışın, çünki bu, daxili temperaturu artırır və cihazı onları soyutmaq üçün daha çox enerji sərf etməyə məcbur edir.

Həmçinin soyuducunun təmizliyinə, xüsusilə toz və kir yığıla bilən arxa hissəsinə diqqət yetirmək lazımdır, çünki bu da onun işinə və elektrik enerjisi sərfiyyatına mənfi təsir göstərir", - deyə məqalədə vurğulanıb.


MANŞET XƏBƏRLƏRİ