Ekstrasens təyyarəmizlə bağlı yuxu gördü, qəza yerinə getdi, görün nə tapdı – ŞOK/VİDEO


Qazaxıstanlı ekstrasens Aygül Berdigalieva Aktau şəhərində qəzaya uğrayan AZAL təyyarədə həlak olan Zaira Atsayeva ilə bağlı paylaşım edib.

Turkustan.az xəbər verir ki, o, həlak olan qadının qızıl sırğasını tapdığını bildirib.

“Azərbaycana məxsus təyyarə qəzaya uğradıqdan sonra bir qadın tez-tez yuxuma gəlirdi. O məndən hadisə yerinə gedib, itən zinət əşyasını tapıb anasına çatdırmağımı istəyirdi. Qeyd edim ki, mən bu gün bunu etdim. Hadisə baş verən yerə gəldim və orada qızıl sırğanı tapdım. Özünün istədiyi kimi, sırğanı anasına vermək istəyirəm. Bir şərtlə təqdim edərəm, əgər həmin xanımın o sırğa ilə fotosunu göstərərlərsə. Ürəyim ağrıyır, çox söz deyə bilmirəm. Artıq sırğa polisə təhvil verilib”, – Aygül deyib.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.


Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ