Ermənistandan mesaj: “Qızıl üçbucaq” Azərbaycana qaytarılacaq”


Ermənistanın Tavuş vilayəti istiqamətində bəzi ərazilər sərhədlərin delimitasiya və demarkasiyası çərçivəsində Azərbaycana təhvil veriləcək.

Turkustan.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Bu, çox mühüm strateji əhəmiyyətə malik “qızıl üçbucaq” adlanan əraziyə aiddir. Bura Azərbaycana təhvil verilsə, bir sıra ərazilər, o cümlədən qaz kəməri onun nəzarətə keçəcək”, – məlumatda deyilir.

Mənbə məsələnin hansı ərazilərlə əlaqəli olduğunu dəqiqləşdirməsə də, söhbətin Azərbaycana məxsus anklavlar – Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərindən getdiyi ehtimal edilir.


MANŞET XƏBƏRLƏRİ