İranın Anti Türkiyə-Azərbaycan siyasətini Güney Azərbaycanın təcrid etmə siyasətinin davamı dır.
Azərbaycan həmişə bölgədə strateji əhəmiyyətə malik olmuşdur. Tarix və siyasət sahəsindəki bir çox ekspertlərin onu Avropanın Asiyaya qapısı adlandırması təsadüfi deyil. İpək Yolunun keçdiyi ərazi olmaqla Azərbaycan iqtisadi və siyasi cəhətdən bir mərkəzə çevrilmişdir. Çap sənayesi, mətbuat, təhsil və siyasi təşkilatlanma kimi modernləşmə təməlləri Avropadan, Qafqazdan və Osmanlıdan Azərbaycan ziyalıları və tacirləri vasitəsilə Qacar dövlətinin digər bölgələrinə yayılmışdır. Məşrutə inqilabı və parlamentarizm ən böyük nailiyyətlərdən biri olaraq ənənədən modernliyə keçidi təmin etmişdir. Azərbaycanın Avropa və regional əhəmiyyətli konsulluqlara ev sahibliyi etməsi onu Qacar dövlətinin diqqət mərkəzinə çevirmişdir.
Bu geosiyasi əhəmiyyət və Qacar şahının İngilitərənin, Sovet İttifaqını mühasirəyə almaq və İran Azərbaycanın geosiyasi mövqeyini zəiflətmək məqsədilə təklif etdiyi 1919 adlı müstəmləkə müqaviləsinə, xüsusilə İpək Yolu boyunca şərq-qərb yolu yerinə şimal-cənub dəmir yolu layihəsinə qarşı müqaviməti, Qacarlarin çöküşünün əsas səbəbi oldu. Britaniya bu müqaviməti öz maraqlarına təhdid olaraq gördüyündən Qacar dövlətini hərbi çevrilişlə devirmiş və Pəhləvi hakimiyyəti ilə əvəz etmişdir. Bu isə Anti Türk və Paniranist Fars mərkəzli ideologiyaya əsaslanan siyasətinin başlanğıcı olmuşdur.Pəhləvi dövründə kommunist Sovet təhlükəsi adı ilə, İslam Respublikası dövründə isə pan-Türkizm, Turan Zəngəzur dəhlizi, sionizm kimi qondarma təhdidlər adı altında aynı siyasət davam etdirilmişdir.
Lakin bir əsrdən çox mübarizə, xüsusilə son 40 ildə milli hərəkatın inkişafı, medianın genişlənməsi və Azərbaycanın milli oyanışı, klassik paniranizm diskursunun davamını qeyri-mümkün etmişdir. Türkiyə və Azərbaycan Respublikasının hərtərəfli inkişafı isə İranda Türklərin öz milli köklərinə qayıtmaq düşüncəsini gücləndirmişdir. Oysa Neo-Paniranizmin Türkiyə və Azərbaycan əleyhinə çılğın siyasəti, İran Türklərinin milli şüurunun yüksəliş qorxusudan doğur.
Nasyonalist Fars müxalifətindən fərqli olaraq, İran İslam Respublikasının hakimiyyəti Türk kimliyinin inkarını davam etdirməyi qeyri-mümkün olduğunu və bunun ölkənin bütövlügünə təhlükə yarada biləcəyini anlamaqdadır. Bu səbəbdən taktiki olaraq Iranda Türk kimliyinə Səfəvi-Şiə ideologiyası yonu verməklə söyləm dəyişmi məcburiyyətində qalmışdır. İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının qələbəsi və İranın Ermənistanı dəstəkləyərkən strateji məğlubiyyəti bu söyləm dəyişmində dönüş nöqtəsi olmuşdur. Tabi bu dəyişim mürəkkəb və neçə məqsədli hədəflər üzrə baş vermişdi.
Bu söyləm dəyişikliyi, keçmış prezident Rəisinin şübhəli ölümü və Pəzeşkiyanın hakimiyyətə gəlməsi ilə gözləniləndən daha tez İran dövlət siyasətində reallaşdı. Əsas hədəf Güneydə milli hərəkatın və aynı zamanda Türkiyə-Azərbaycanin ictimai-siyasi təsirinə mane olmaq və Iranda Türk Fars qarşı durmasını azaltmaq olmuşdur.
Lakin Azerbaycan milli fəalların bu söyləm dəyişmi və prezident seçkiləri dönəmində ki yaranan fürsəti incəliklə dəyərləndirməsi, Türk cəmiyyətində ciddi həmrəylik dalğası yaratdı. Bu dalğa, hakimiyyetin Türkiyə-Azərbaycan təsirini məhdudlaşdırmaq və daxili harmoniya yaratmaq hədəfinin əksinə, ölkədə Türk-Fars etnik gərginliyini daha da dərinləşməsinə səbəb oldu.
Bu durum, hakimiyyətdən müxalifətə qədər rəngarəng Neopan-İranist düşüncəsinin kabusuna çevrilib. Onların birlikdə Ərdəbildə dırnaq arası "Çaldıran Şəhidlərini" anma yığıncağında Xameneiyə mənsub olan molla Həsən Amili-nin hüzurunda, Sünnilər və Türkiyə-Azərbaycan prezidentlərinə təhqiramiz ifadələrə göstərdiyi həmrəylik, İranşəhri diskursun sarsılmış və çıxılmaz vəziyyətini nümayiş etdirir.
İranın Anti Türkiyə-Azərbaycan siyasəti bu iki ölkədən daha çox, Cənubi Azərbaycanın geosiyasi təcridini və iqtisadi məhvinə yönəlib. Bu iki ölkə ilə düşmən münasibətlər onların inkişaf prosesinə zərər verməsə də, əlaqələrin gərginləşməsi Cənubi Azərbaycanın iqtisadi, tranzit və siyasi inkişafını əngəlləyir. Azad ticari-iqtisadi zonaların, istehsal və sənaye sahələrinin qurulması, turizm və mədəniyyətin inkişafı kimi imkanlardan məhrum edir. Bunun əvəzinə, Qərbi Azərbaycanda silahlı cinayətkarların, insan və mal qaçaqmalçılığının artması, Təbrizin təcridi, Ərdəbilin çökmüş iqtisadiyyatı, çevrənin məhv olması və Azərbaycanın hərtərəfli təcridi ilə nəticələnir.
Bu həqiqətlər, Şiə məzhəbçilik oyunları ilə Türk millətindən gizlədilə bilməyəcək qədər aydındı.
Azərbaycan ictimaiyətinin bu gülünc sirkə mənfi reaksiyası İran hakimiyyətinin Şiəçilik adilə Anti Türkiyə-Azərbaycan diskorsu pərdəarxasında, Güney Azərbaycanın iqtisadi, siyasi və mədəni maraqlarını məhv etməyə yönəlmiş dağıdıcı məqsədlərini anlayan dərin siyasi anlayışına işarə edir. Bu siyasətin davamı yalnız türklər və farslar arasında etnik çatışmazlığın artması və İranın dağılması ilə nəticələnə bılır.
Babək Bəxtavər
13/01/2025